Translate

5 Ocak 2013 Cumartesi

AŞMA.Rədiyyəyə müqəddimə

 Bu yaxınlarda Dalğa GH Rafiq Tağı mükafatının qalibi Ağalar Məmmədovun AŞMA kitabının partysini (bir növ təqdimat) keçirdi.İlk öncə Dalga GH təşəkkür edirəmki başqa "azad" gəclər birliklərindən fərqli olaraq gənclərin ayaqlarını İctimai Palatının mitinqlərinə mobilizasiya və ya tamadalıq etmək əvəzinə doğru bildikləri,inandıqları dəyərlərin fikir müəllifinin kitabını çap edib cəmiyyətə təqdim ediblər.Bunun sayəsəsində bizimdə fərqli fikirlə tanış olmaq və təhlil etmək imkanımız oldu.
 Kitabın tam oxumuşam.Tam mahiyyət ortadı.Yazar fikrini açıq ifadə edib.Kitabı yarıya qədər oxuyanda məndə bu kitaba alternativ şərh yazmağ və ümum məğzi inkar etmə istəyi yarandı.İndi isə kitaba yazacağım rədiyyələrin müqəddiməsini sizlərə bəyan etmək istəyirəm.
    Yaşasın köhnəlik!
 Kitab ateist streotipli maarifçi duyğularla yazılıb.Ağalar Məmməmədov özünü konkret olaraq Orta əsrlərdəki Avropa İntibahının öncüllərinin yerini qoyur və məsələyə həmin dövrün alimlərinin,tərəqqipərəvlərinin  gözündən baxır.Aradan əsrlər keçməsinə baxymayaraq təssüf ki, ölkəmizdəki "tərəqqipərvərlər" tarixin bu kəsimindəki psixoloji  apmuladan çıxa bilməyiblər.Sual yarana bilərki niyə bu fikirdəyəm. Kitaba diqqət edək.Tənqiddə 3 hədəf var.Din,mentalitet,mövcud ictimai sosium.Eynən Orta Əsr Avropanın intibahının əsas tənqid hədəfi.İndiki zamana,Ağalar müəllim oxuyucuya hiss etdirmədən köhnə təfəfkkürdən baxır.Çünki özüdə bu fikir ekolunun məzunudur!
   Təqlidçi zehniyyət.Onlar etdi bizdə edək.
Filosof olaraq Ağalar Məmmədovun müşahidə etdiyi problərimn həlli üçün təklif etdiyi heç bir pozitiv model yoxdu."Xilasımız inkardadır" yazısından aydın olurki fəlsəfə ilə iç içə olduğu gündən ta bu günə qədər depresiyadır.Cəmiyyət üçün təklif etdiyi model tam pessimist nə olarsa indiki olmasın məğzindən irəli gəlir.Ağalar müəllim təqlid edir.Qərbin rəngsiz və ənənəvi cəmiyyətlər üçün qeyri rasional olan zehniyyət məhsulu və çox anarxist bir mexazimlə yeni bir cəmiyyət qurulmaz.Razıyamki yıxılmalı olan bütlər və kultlar fəqət bu Ağalar Məmmədovun  dediyi rakusda deyil.
 0 Tolenrat.
 Tez tez Sekulyarizm (dünyəviləyə) müraciıt edən Ağalar müəllimin  seküryalizm anlayışı belə travmaldı.Sekulyarizm bütün yaşam tərzlərini bərabər tutan bir yanaşmadı,ictimai modeldir.Atesit,deist,materyalist,müsəlman,hindu,yahudi,xristian və s yaşam tərzi kimi çeşitli yaşam tərzləri və bu yaşam tərzlərini bəsləyən ideologiyalar var.
 Sekulyazim bu yaşam tərzlərindən materyalist yaşam tərzinə önə çəkərsə,digərlərini xor görmüş,insanalrın əqidə azadlıqlarına toxunmuş olar və bunu faciəvi nəticələri var.Sekulyarizmi belə bir vəziyytdə cəmiyyətə təqdim edərsək sekuryalizmi ideologiya halına gətirmiş olarıq.Əvvəlcədən dediyim kimi sekuryalizm bir yaşam tərzidir.İctimai modeldir.Fəqət hələdə bəzi "tərəqqipərvərlər" bunun fərqində deyil və düşüdükləri depresiya səbəbidə budur.
 Dinazavrları məhv edən kiçik beyin və böyük zireh oldu.Bizim cəmiyyəti,gəncliyi məhv edən isə köhnə suallara köhnə cavabaların verilməsidir.Ağalar müəllim ortaya cəmiyyətin yaramazlığını atanda və bunu mentalitetein təzahürü kimi səsləndirəndə dindarlar və mühafizekaralar köhnə adətlərdən cavab verirlər ona görə zəif düşürlər.Ağalar müəllimdə olardan fərlqəmir sualalra cavabı orta əsrlərin "Aydın Avropa"sında axtarır. Halbuki elm ciddi məsafə qət edib.İnancsız təhsilli və cəmiyyətdə liderliyə iddia edən insanlar dini təzahürlərdən çox qorxurlar.Onları. xəbardar edirəm.Din proqressivləşir.Yansımasını siz görmürsüz.Amma proqressivləşir.Onalr sizdən onlara inanmağınızı istəmirlər.Sadəcəonalrı anlamağını isteyrilər.Anlamasız tükənəxəksiz.Özüdə depressiv şəkildə.Ağalar müəllimi mühacirət etdirən səbəb elə depresiya idi.Və beyan edirəm islamın İran idarəetmə modeli çökəcək.
Ağalar müəllim niyə özünü haqlı sayır?
  Bu suala cavab vermək üçün tarixə nəzər salmaq lazımdı.Avropanın aydınlanıb inkişaf etməsində ən böyük faktor "Kilsə" nin hegemonloğunu yıxmaq oldu.Çünki Kilsə elmin inkişafına maneə olur,həndəsə elmini qadağan edir,alimləri edəm edir bundna başqa xalqı soyub talayan feodalalrın zalım şahları müdafiə edirdi.Bundan bezən xalq inqilabalr etdi Kilsənin təqdim etdiyi "Dini dəyərləri" ayaqladı və inkişaf etdi.Ağalar müəllimdə tarixi oxuyur və baxır bizim İranın yüz illərdir cəmiyyətimizə dayatdığı "fars cənnətinə" və haqlı olaraq fikirləşirki bizdə eynisi olmalıdır ki biz inkişaf edək.Avropa Kilsəni yıxanda pisliyi bərbər yaxşılarıda yıxdı.Kilsəyə və gətirdiyi qondarmaya dəyərlər qarşı elə bir nifrət yaranmışdı ki bütün mənəviyyat və metafizik dəyərləridə bu pisliklərə qoşub insanları ondan uzaqlaşdırdılar.Aydınlar avropa insanını rahat bir dünyaya səsləyir və qondarma qaydalara yox, ümüm dinə qarşı olmağa səsləyirdi.Buna görədə Qərbdə elm materyalist bir ampulada inkişafa başaldı.Və insanları onun təbiətindəki yatan nəfsi hisslərə motivasiya elədi.(Seksual azadlığı bu qəbilə yazmaq olar) Yani elm insana doğruları tapmağa yön verməmiş,insanın yalnız maddi istəkləri doğrultusunda üfüq açmışdır.Halbuki insan tək maddi deyil mənəvi varlıqdı.Həqiqət maddiyyatdırsa niyə yaşayırıq sualını atesitlərin qarşısına qoyuram.Elm bu maddi haliylə həqiqəti və doğruları tapmaqdan uzaqdı.İnsanın metafizik bir gücə sahibliyini klassik elm qəbul etməyib.Ona görədə filosflar bir ömür boyu həqiqət axtarışı içindədirlər. Amma ömür boyu tapa bilməyəcəklər.
 Nəticə
Artıq aydın olduki Ağalar müəllimin düşündüyü inkişaf modeli qüsurludur.Özündə heç bir mənəvi yeniliyi ehtiva etdirmir."Fars Cənnətuinə" məndə qarşıyam amma bu inancları ayaqlar atına atmalıyıq mənasına gəlmir.Şəxsən mən sağlam inanc miras almışam.
   Davam edəcəm.Bu sadəcə müqəddimə idi.

  

4 yorum:

  1. Azerbaycanda senin kimi bir insan onun elediyinin 1%ini elesin, meselem sen, indiyene kimi insanlarin beyninde xaos yaratmisan...? tebiiki yox, onun uchun bir az mudrukluy lazimdi... Bagiwla Murad, amma o mudruklyuy sende gorsenmir...:/
    Imza: Mirheyder Memmedov
    https://www.facebook.com/mirheyder.memmedov

    YanıtlaSil
  2. Murad ezizim, sekuRYALizm yox, sekulyarizm :)

    YanıtlaSil
  3. sən heç cümlə qura bilmirsən ki. erməni budaq cümlələri ilə ağalara rəddiyə yazırsan? ümumiyyətlə sənin başqa işin gücün yoxdu?

    YanıtlaSil
  4. Maraqlı yazıdı.Güclü arqumengtləriniz var.Növbəti rəddiyyəni maraqla gözləyirəm

    YanıtlaSil