Translate

20 Ocak 2013 Pazar

AŞMA kitabının ümümi məğzinə II rədiyyə


Bu xüsusda yazdığım birinci rədiyyədə kitabın hansı təfəkkürdə yazılması,həmin təfəkkürün qısa tarixindən və çatışmazlığından söhbət açmışdım.İndi isə bu yazımda həmin təfəkkürün mənəvi və psixoloji tablosunu sizə təqdim edəcəm
    Cahil elm
Qərbi dünyasında elmin materyalist bir orbitə çıxdığı andan,ələxsus Türkiyə,Azərbaycan,Misir kimi ölkələrdə bu  ampulada idxal edilməsinin (AŞMA buna gözəl nümunədir),insan təbiətində yatan onun "qarşı cinsə,zənginliyə,qızıla gümüşə,titullara,şöhrətə olan ehtirasa olan arzusunu doyurma arzusudur.Elm materyalist orbitə çıxan gündən bu təməl üzərindən insanlara bu "dəyərlər mexanizmi"ni hazırlamaqla və bunun tətbiqi ilə məşğuldu.Yuxardakı dəyərləri bir ilahi həqqiqət kimi qəbul edənlərin ənənəvi və öz dəyərləri formalaşdırma mərhələsində olan cəmiyyətlərdə qəbul edilməməsi də artıq bizə aydındı.Qısaca elm yuxaraıda sadaladığım sreotiplərdən sərbəst bir formada inkişaf və digər ölkələrə idxal edilməyib.Yani elm doğruları aşkar etmə yönünüdə insan beyninə sağlam və azad yön verməkdən, alternativ təklif etməkdən çox insan təbitəinindəki dünyəvi həzzə və ehtirası bağlılığı elmə yön vermişdir.Bu halıyla Ağalar müəllimin təklif etdiyi "maarifli cəmiyyət" həqiqəti tapmaqdan və ifadə etməkdən çox uzaqdı.Çünki həqiqət  dəyişən aləmin,hadisələrin fövqündə dəyizməz olduğu halda,materyalist orbitdeki elm onu israrla dəyişən aləmdə axtarır və bu arayışda insan duyğularını əsas götürür.Duyğular isə hər zaman doğru olmur çatdığı nəticə və idaraka görə insandan insana dəyişir. Halbuki həqiqət metafizik bir möcüzədi və dəyişən deyil əksinə dəyişdirəndi.Buna görə yazarın təqlid etdiyi *(düşündüyü artıq demirəm) zehniyyət duyğuların yalnışlığını konpemsasiya etmək üçün  "təcrübə" və nəfsi ampulada müşahidə etmə metoduna yönəlmişdir.Əldə heç bir önhəqiqət olmadan "təcrübənin"hər hansı bir iddianı isbatlaya bilməməsi gün kimi aydındı. "Təcrübə" metodunun Claude Bernard kimi bəzi öncüllər belə,hadisə və hipotezlərin öncədən qəbul edilmiş bilgilər və ya önhəqiqətin köməkliyi ilə şərh verilə biləcəyini bildimişlər.Ön həqiqət olmadan aparılan təcürüdən əldə olunan nəticə heç elmi dəyər daşımır.Məsələyə riyaziyyatın üslübu ilə yanaşsaq bu aksiom və əvvəldən isbatlanmış teorem olmadan hanısa alimin bir teoremi isbat etməsinə oxşayır.Ortada heç bir hipotez və isbatalanmış bir şey olmadan nəyəsə idda etmə düzgün deyil.Məhz Ağalar müəllimin isbat etməyə çalışdığı doğruların heç bir önhəqiqiti olmadığı üçün nə başlancı nə sonu vardır.Və bu qeyri müəyyənlikdi.Bu qeyri müəyylik bir çox filososfu depressiyaya sürükləmiş bəşəriyyətin hardan hara getdiyi anlaya bilməmişlər."Pessimist rolunda" başlıqlı məqalənidə müəllif həmin psixologiyanın təsiri altında yazmışdır.Zaman-zaman bu həqiqətsizlik ateist streotipli maarifçiləri özlərindən yeni bir həqiqət qondarmağa vadar etmişdir.Ortaya səbəb- nəticə kombinasiyasını gətirdilər.Adətə marteryalist elmin allahı fövqundə olan bu kombinasiya eslində onların dediyi kimi əsas varoluş qüvvəsi deyil.Səbən- nəticə bir fiziki mexanizmdi.Əsas sual buduki bu mexanizm nə zamandır var?bu sözü derken mən təbiaətədki hasilərin varoluş əlaqəsini inkar etmirəm.Fəqət səbəblər özlüyündə var olan bir şey deyildi.Yani bir öz deyildirki ki yaradıcı funksiyasını daşısın.Bu sadəcə insanın hadisələrə baxaraq beynin içində yatan hadisələrə ilkin səbəb axtarmaq istətəndən doğan nominal varlığa sahib bir anlayışdır.Bu məsələnin elmi tərəfədədn izahını vermək istərdim fəqət bəhsimzidən uzaq düşür.
 Bütün bunlar bu qəbil filosoflar bir isitinad mənbəyi axtarıb tapmayanda həqiqəti bir özə çevirməyə cəhd edirlər.İzahdanda aydın olduki Ağalar müəllimin söykənəcəyi həqiqiət olmadığından kor -koranə mən haqlıyam deməsi gərəkir.Depressiv psixologiya mütləq mənada bunu tələb edir və Ağalar müəllim bu "haqlı oluşu"Auntentik Olmaq başlıqlı yazısında hayqırır.Söykəlicəck bir əsas olmadığından o özünü bu formda motivasiya etməlidi.
  İzahımdanda aydın olduki Ağalar müəllimin "təqlid etdiyi" zehniyyət təktərəfli,önhəqiqətsiz və nəticəsizdi.Beləliklə biz bu onun fikirlərini təkmil saya bilmərik.Təktərəfli və acıqlı olduğundan hikmətli sayma haqqımız yoxdu.Hikmətli deyilsə deməli naqisdi.Naqis fikirlərləri isə tənhalığa buraxmaq ən doğru qərar olardı.

Hiç yorum yok:

Yorum Gönder