Ağalar Məmmədov mənim Turizm institutunnda müəllimim olub.Zaman zaman işlətdiyi bir söz vardı bacarısız mənədə qarşı çıxın bir az cəsarətli olun,belə gənc olmaz və s.Məndə bu məsləhəti yerinə yetirəcəm.Ağalar müəllimin yaxın günlərdə xəbər saytlarının birində "Üçüncü gücə təklif" adlı məqaləsi dərc olundu və məqalə analitik xarakter daşıyırdı həmçinin kifayət qədər marağa səbəb oldu.Məqalədə çıxan nəticə qısaca belədi.
Ölkə vətəndaşlarının əksəsəriyyəti apaolitik laqeyddi
Problem ikiyə vururlub.Klassik müxalifətə siyasi iqtidarı vermək olmaz
Bu proseslərin fonunda aktiv islamçılara gün doğur.
Alternativ müxalifət formalaşdırmalıdı.
Aktivləşən islamçılar onalrın şüuru fonu ölkəyə yaxşı heçnə gətirməyəcək.
Dindarların statistikası bizdə yoxdu və onları kateqoriyalara ayıra bilmirik və bu faciədir.
Ağalar müəəlimin gəldiyi nəticələrinin ilk iki bəndinin təzahürlərinin gətirəcəyi probelərinin dərkini anlayıb razılaşıram.Amma ondan sonra sadalanan nəticələr və məqalədə təsvir etdiyi sosium natamamdır.Ümümiyyətlə analiz natamamdır.Və oxuduqca hiss olunurki proseslərin gedişini diqqətlə izləyib lakin mahiyyətini düzgün dərk edilməyib və təzahürləri daha ciddiyə alıb.Və hadisələri kalssik modern nəzəriyyələrin yaratdığı təsəvvür ampulasından izah edib.Halbuki məsələr Ağalar müəllimin fikriləşdiyi kimi deyil.İlk öncə başa düşülməlidirki moderləşmə ağılasığmaz bir sürətlə dəyişir və bunun bir presidenti yoxdu.
Dəyişim konkret inkişaf dinamikası var amma ümüm qanunuyğunluğu yoxdu.Son on ildə gedən proseslər və cəmiyyətin dəyişim anlayışı mövcud nəzəriyyələr çərçivəsindən tam izah edilə bilmir mahiyyət gizli qalır.Dəyişim Qərdən Şərqə doğru meyillənib bəz hallarda yerini dəyişib.Məhz bu proseslərin fonunda ölkəmizdəki siyasi müxalifətin israrla məsələyə proqresiv deyil romantik ampulada yanaşması dediyiniz kimi problemi ikiyə vurub.
Bundan əlavə islamçıların statistikası və təsnifatının aparılamsı görəsən kimə lazımdı? İnanc intim bir mövzudu və burda söz haqqı inasnın özündədi və sərbəstdi,konstisuonal hüquqdu.İslam din kimi cəmiyyətdə bəzi haidsələrə görə baxış prizması və reaksiya müəyyən etsədə ondan irəlliyə getmir.Sadəcə Ağalar müəllimi narahat edən məslənin nə olduğunu deyim.Moderləşmə ilk başda sekuryarlaşma,proqresivvləşmə,rasionallaşma ilə gedir.Bu gün Turkiyə,Misir,Əlcəzair və bu tip islami refleksin güclü olduğu ölkələrdə dnin özündə bir növ proqressivləşmə gedir.(Misirdəki Hicab söhbəti,bir misirli islam alimi islamda sadəcə normal örtünmənin gəldiyinin bürünmə olmadığı barədə qlamqallı fətva vermişdi.)Artıq bu ölkədə ciddi siyasi və sosial institutlar islamın proqressivləşmənin tezislərini hazırlayırlar.
Artıq bunun ilkin əsasını cəmiyyətə təqdim ediblər.Məsələnin mahiyyəti odurki azadlığın və seçim azadlığının islami çərçivədə vüsət alması cəmiyyəti başqa formaya salacaq sadəcə Ağalar müəllim islamiyyətlə modernləşməni yan yana təsəvvür edə bilmir.Məsəsləyə yuxarıda dediyim kimi əvvəlki nəzriyyələr çərçivəsindən baxır və porseslərin mahiyyətini analmır və təzahürlərini facəvi sayır halbuki bu prosesinin başlamasının gedişatının rotasını cəmiyyət təyin edir.Və məsələnin nəhayətində Ağalar müəllim özü bəzi qrup islamçıların götürdüyü strategiyanı bəyənir və nümünə göstərir.Ölkədə üçüncü güc yaranmayacaq ən azı klassik müxalifət imkan verməyəcək.Üçüncü güc deyilən sosial qrupun alternativ mahiyyəti yoxdur.Çünki əgər elə bir güclü sosial qruplaşma varsa çoxdan siyasi elitanın tərkib hissəsinə çevrilmişdi.Alternativ etirazçılar deyilən kəsim sadəcə təqlidlə məşğuldu kimlərisə,nələrisə,hansısa modelləri,hansısa nəzəriyyələri təqlid eləməklə məşğuldu.İşin içində bir öz yoxdu.
NƏTİCƏ. Üçüncü güc abstark bir şeydi hələki xəyali olaraq təsəvvür edilə bilər lakin olması mümkünsüzdür olduğu gün hakim siyasi elitanın tərkibinə daxil olacaq etirazçı olmayacaq.Maraqldıdkı demokratiyanın təzahürlərinin biridə cəmiyyətinin özünə inkişaf yolu seçir milli ideologiya yaradır milli maraq və s formlaşdırır.Cəmiyyət burda özü iştirak edir.İşdən gələn inkişaf ünsürləri inkar olunur(din.milliklik,mentalitet və s)amma kenarda neyisə təqlid etmək demokratiyanın balansına yazırlır bu tamamilə ədalətsizdi.Proseslər cəmiyyətin marağnda necədisə elə inkişaf edir.
Hiç yorum yok:
Yorum Gönder