Translate

13 Ekim 2013 Pazar

Yeni qəhrəman.

 Hər zaman olduğu kimi bu dünyanın faniliyinə gülüb,bütün fani streotipləri aşıb ötələrə,metafizik bir dünyaya baxmaq şansım olub.Təqdiri-ilahi,hər zaman bu millət üçün etdiyim xeyir-duadan bir nəticə hasil olub.Fərqliliyi sevməyən millətimin gözüdə artıq pis görməyə başlayır.Zamanla ucalanlar ucaldıqları məqamın haqqını verə bilmədikləri üçün o məqamdan enirlər və nədənsə bu enmə prosesi  ilk görən,ilk duyan və ruhi icra edən mən oluram.......... Nino obrazı qüvvədə qalır.
 -Murad, sən razılaş ki, bizdə obraz qıtlığı var.Elə belə obraz yoxee lağ eləsin,lətifə danışsın.Ciddi obraz,bəşəriyyətə səs salsın.
-Həmid Avropanın məhşur Mariya obrazı var.Mariya adında qəlibləşmiş sehr var.Bizdə buna qarşılıq yoxdu.
-Bilirsən necədi? Axtarsun taparsan.Diqqət eləmişəm sən bunları bacarırsan.
 Şeytan əsası çoxda uzaqda olamayan pramidası ,tariximizi qoruyan qədim divarların əhatəsində iki məsçidin arası və mən.Qala divarları sanki min il bundan qabaq mənim o fövqəl gecədə niyaz etdiyim varlığı qorumaq üçün tikilibmiş.Yenə gecə,kimsələr yox.Həmin məkanda əlində"New World Order" və مدرسة الزهراء yazılı kitab olan birisi gəldi.Məsələ mənə aydın idi.Suallar ünvana çatmışdı.Kitabı mənə çevrildi və əllərim arasına gəldi.Lecoti,nos mundabit creati Maria sədası hər yeri bürüdü ötələr istəklərimə qarşılıq vermişdi.Kitabı açdım.Tanıdığım,tanımadığım insanalrı qaldıqları və düşdükləri məqamlar hamısı yazılı idi və səhifənin tam ortasında bir rəsm paralmağa başladı.Sifət cizgiləri tanış idi.Uzaqdan gəlmirdi və zaman burulğanına girməli idim.
Sinay yarmadası.Qəribə bir qövm.Hər kəs təlaş və təəccüb içində.Hiss olunurdki bu vaxta qədər görülməmiş və bilinməmiş bir hadisə ilə qarşılaşıblar.Kiçik bir daxmanın qarşısında izdiham vardı.İzdihama qarışıb olub bitənləri öz gözümlə görmək istəyirdim.Qapı açıldı.Həyatım boyu görmədiyim gözəlliyi gördüm halbuki izdiham gördüyüm bəşər əhlini daşa tuturdu.Mane olmaq lazım idi.Onların qarşısına  keçib həqiqəti demək bu insafsız qövmü sakitləşdirmək istəyirdim.Amma onlar məni görmürdü,eşitmirdi.Bunların içində bir xain məndən əvvəl bu insanı götürüb üzü günbatan tərfə yüyürdü.Mən isə əlimdə 5 hərf onun dalınca qaçdım.Gələcəyimizi xilas edəcək insanı heç bir qövmə güzəştə gedə bilməzdim.İki məscidin arasında məni ümidlə gözləyənləri pərişan buraxa bilməzdim.Və o xainin əlindən onu aldım.Fəqət zaman mənə onun zühürünun tez olduğunu dedi.Günbatan tərəfdə böyük bir adada ,əmin bir yerdə bu insanı hifz eləyirəm.Çərxi-fələk yenə fırlandı və yenidən öz dünyama o qədim divaralrın arasına qayıtdım.Tələbəlrə danışcaq maraqlı hekayəm vardı.O təfədən isə əlimdə cəmi bir rəsm.