Bir neçə gündü may ayaından bəri müşahidələrimi yazıya çevirmək istədimki oxuyucularım olan bitəndən xəbərdar olsun. Açığı fikriləşdimki bu yazı biraz reyting gətirər bloguma (Mən ulduz olmaq istədim.Mənə dedilər Hit yazsan gərək)
Deməli bu yay rəngarəngliyi ilə seçildi.Mavi rəngə boyananlar,yaşıl rəngdən ilahi ilham alanlar,qırmızı rəngə heyran düşüb rəsm mağalaraına qaçıb Çe Qvuaranın rəsmini alıb başı üzərinə ucaldanlar,qara rəngə meyl edib depresiyaya düşənlər,bəzi həşəratalr kimi düşdüyü mühitə görə rəng alanlar və ya heç rəngini belli etməyənlər.
Bir sözlə rəngaarəng gəncliyimiz maraqlı bir tarix yaşayır bu yay.Gəlin lap başdan başalayaq.
Tarix may ayınəın gəldiyini xəbər verir və ardınca ictima sfera bir xəbərlə sallanır.İrəli İctimai Birliyi tam tərkibdə istefaya getdiyini açıqlayır və yeni sədr seçkisınə hazırlaşdığını bəyan edir.Bu xəbər Dalğanın yeni sədrinin kimliyi müəyyən olunandan sonra ictimai sferanın yaşadığı ikinci şok effekti idi.
Həmin dönəm İrəlidə sədr olmaq üçün seçki öncəsi görünməmiş rəqabət başaladı.İrəli adəta bir demokrasi havası əsdirir və bundan qorxmadılqlarını hər kəsə bəyan edirdi.Əlqərəz Heydər Əliyev adına sarayında(Uşaqalr var,şəraitdə var)toplana irəlişilər yeni sədrlərini seçdilər.Rauf Mardiyev İrəli İB nin yeni sədri oldu.Saray həmin günü demokrasi və vətənpərvrərlik havası ilə coşurdu.Rauf Mardiyev ilk çıxışını elədi.Bütöv nitqi belə ifadə edəcəm.
QƏlbimdə bir sızıltı vardı üzdə gülsəmdə
Bir əqidəmdi bölünməz nəyimi bölsəmdə
Mən elə aşıqiyəmki vətənin ölsəmdə
Bildirər Raufun məzarı vətən sevgisini
Amma ən maraqlı hadisələr bundan sonra cəryan etməyə başladı.
İrəlidəki seçkilərdən bir müddət sonra Dalğa GH geniş toplantı çağırdı və GHMK dan (Gənclərin Hüquqlarının Müdafiə Komissiyasından)çekildiyini açıqladı.Səbəb isə GHMK nin İctimai PAlatanın alt qurumuna çevrildiyini və müstəqilliyini faktiki itirdiyi və siyasətə qarışmamaqda israrlı olduqalarını vurğuladı.Və qərar alından bir gün sonra Hövsanda Cumhuriyyət gününə həsr olunmuş parti təşkil etdilər.Maraqlı hadisələr davam edir.Avropa dəyərlərinin təbliğinə özlərini mükəlləf bilən QHT lər Ramin Hacılının rəhbərliyi altında toplanır və adəta yeni koalisiya açırdılar.
Avropa Hərəkatında iqtidar yönümlü fəaliyyət göstərən qhtlərdə yer almışdı.HAcılının koalisiyyası diqqət çekirdi.
Maraqlı olan oduki digər liderlər sakit idi.Adnan Hacızadə və Emin Milli sakit dayanmışdılar.Eurovisison ərəfindəki 2-3 ünülük Loren gündəmini nəzərə almasaq ortda nə ciddi çağırışlar yox idi və fəaliyyət süstləşmişdi derkən ortaya İran gündəmi gəldi.
Təbrizdəki çıxışlardan sonra gənclər səfirliyin qabağına toplandı və aksiyandan sonra İran səfirini geri çağırdı.Aksiyaya İrəli,AGAT,Avropa hərəkatının fəalları çıxmışdı.Amma Dalga GH nin üzvləridə gözə dəyirdi.NİDA AGT isə həmişəki kimi bu söhbətlərdə səssiz qalmışdı.(Fransadakı məlum qanunlayihəsindən sonra belə NİDA Vh səfirliyin qarşında aksiya keçirməməsinədə xatırlatmaq istərdim.
Zaman keçir proseslər sürətlərnir.İran məslsəsi hər ölkə üçün fərqli formada gündəmə gəlir.Azərbayacan şairlərin geri qaytarılmasını tələb edir.Avropa isə Nüvə texnologiyasından narahatlğını bildirir.Bu aralıqda əfv fərmanı verilir.Növbəti lider Bəxtiyar Hacıyev azadlığa çıxır.
İran məsələsinin ölkəmizn gündəminə yenidən düşməsi Amerikanı hərəkətə keçirir və xanım Klinton Bakıya gəlir.Həbsdən yeni çıxmış Bəxtiyar HAcıyevlə görüşür.İşin maraqlı tərəfi odurki bu görüşdən qısa bir müddət sonra İrəlinin sədri Rauf Mərdiyev Dövlət Departamentinin gənc avropa liderləri üçün proqrama dəvət alır və Amerikaya yollanır.Marağa səbəb olan ikinic məqam.
Rauf Mərdiyevin Amerikada səfərdə olduğu müddətdə Emin Milli və Adnan Hacızadə də ölkədə deyildi.Emin Milli o dönəmdə Amerikada idi və çox ciddi təşkilatlar və təsisilərlrə görüşürdü.
Hamısının eyni anda ölkədən getməsi çox diqqətimi çekdi.Görünür kosmopolitik nəhənglər növbəti üçülü oyunu oynamağa başlayıb.Görünən oduki oyundan kənarda qalan Ramin Hacılıdı.
Bazarı boş bulan müxalifət gizlincə Ramin hacılıya əməkdaşalıq təklif edir.Amma deyəsən bu Hacılının marağına səbəb olmur.REAL hərəkatının təpkisi ramın hacılını qıcıqlandıdır.Klasiik müxalifətin hərəkət və bəyanalrı isə Realı.Erkin Qədirli dad edirki demokratiya bizim klassik müxalifetlə gəlmiyəcək.Çünki onların arqumetləri ancaq rəqiblərinin səhvi üzərində qururlub.
Heç bir çözüm mexanızmı işləyib hazırlaya bilmir.
Liderlərin ölkədki yoxluğu müxalifəti meydada qalan HAcılıya yönəldib.Ramin Hacılıda daş atıb başın tutur ki bunalr bizlə deyilsənsə satqınsan psixasındadırlar mən bunlarla necə işləyim.Mərdiyev Bakıya qayıb elə Emin Millidə.
Baxaq görək axırı necə olur.Görünən oduki bu dəqiqə hamısı Qərbin maraq dairəsindədi.İkisidə ciddi təsislərdə görüşlər keçirib.Danışıq mövzularından isə xəbərim yoxdu.